YENİLİK! Bon Kod-lar ilə kəşbəkiniz artıq olsun

  • Yazar

    Banu

  • Kateqoriya

    Xəbərlər

  • Tarix

    23-09-2021 06:09

Bon.az olaraq üzvlərimizə daha çox kəşbək qazandıracaq, yeni funskiyamızı təqdim edirik. Bon Kod adlı yeni bölməmizdə sizlərə tərəfimizdən yaradılmış Kodlardan istifadə edərək mağazalardan kəşbək faiz dərəcələrini artıra, bonus balans qazana, dost dəvətində istifadə edə bilərsiniz.

Bon kod necə işləyir?

Bon kodu aktivləşdirmək üçün, bon.az hesabınıza daxil olaraq Bon Kod bölümünə keçmək lazımdır. Bon kod əlavə etmə xanasına kodu yazaraq, tətbiq et düyməsinə klikləmək lazımdır. Düzgün kodu daxil etdiyiniz halda, eyni səhifədə aşağıda bon kodu görəcəksiniz. Buradan siz, Bon kodların istifadə müddəti, aktivləşdirmə tarixi, minimal və maksimal sifariş məbləği, kodun açıqlaması barədə məlumat ala bilərsiniz. 

Bon kodun mağaza kuponlarından fərqi nədir?

Mağazaların təqdim etdikləri kuponlar, həmin mağazalarda alış-veriş zamanı istifadə edilərək, müxtəlif səviyyəli endirimlər əldə etmək imkanı verir. Mağza kuponlarını saytımızın Kuponlar bölümündən əldə edə bilərsiniz.

Bon kodlar isə Bon.az tərəfindən yaradılan və yalnız saytımızda isitfadə edilə bilən kodlardır. Kodlar sizə daha çox kəşbək qazanmaq, hədiyyə bonuslar əldə etmək imkanı verir. 

Bon kodların istifadə müddəti olur; Qeyd olunmuş müddət daxilində kod istifadə edilmədikdə, imkandan təkrar yararlanmaq olmur. Hər bir kodun müxtəlif istifadə müddəti olur və bu barədə kodu aktivləşdirdikdən sonra məlumat əldə edə bilərsiniz. 

Bon kodların istifadə limiti olur; Kodlar bir və daha artıq istifadə oluna bilər. Kod bir dəfəlik istifadə üçün nəzərdə tutulubsa, verdiyi imkan bir dəfə tətbiq olunacaq. Kod birdən artıq istifadə üçün nəzərdə tutulubsa, o zaman göstərilən sayda istifadə edə bilərsiniz.

Bon kodlar hədiyyəli ola bilər; kodlar sizə həm seçilmiş mağazalarda əsas kəşbək məbləğinə əlavə olaraq bonus kəşbək məbləği və yaxud balansa n qədər məbləğ qazandıra bilər.

Bon kodların minimal və maksimal sifariş məbləği olur; bu o deməkdir ki, aktivləşdirəcəyiniz kod, yalnız müəyyən rəqəm aralığında  edəcəyiniz ödənişlər zamanı tətbiq olunacaq. Məsələn, minimal məbləğ 10$, maksimal məbləğ 500$ olacaqsa, bu halda 10-dan az və 500-dən artıq ödəmələrdə kod işləməyəcək. Yəni, 8$ və ya 550$-lıq sifarişlərdə işləməyəcək. Buna görə də kodu aktivləşdirdikdən sonra, minimum və maksimum məbləğlərə diqqət etməyiniz lazımdır.

Bon kodların günlük istifadə limiti ola bilər; aktivləşdirilmiş kod bir neçə dəfəlik istifadəyə yararlıdırsa, kodun növündən asılı olaraq eyni gündə bir neçə sifarişə və yaxud hər günə yalnız bir sifarişə tətbiq oluna bilər. Məsələn, gündə bir dəfə istifadə şərtilə, 3 dəfəlik istifadəyə yararlı kod tətbiq edildikdə, kodun istifadə müddəti daxilində 3 fərqli gündə ilk sifarişə tətbiq olunacaq.

Bon kodlar limitli ola bilər; kodlar yaradıldıqda n sayda yaradıla bilər. Bu isə o deməkdir ki, kodu ilk tətbiq edən şəxslərdə aktivləşəcək. Məsələn, 100 ədəd bonkod yaradılıbsa, kodu tətbiq etmiş ilk 100 şəxsdə aktiv olacaq. 

Bon kodları haradan əldə edə bilərəm?

Bon kodlarımızı bizim facebook, instagram profilləri, e-mail və digər vasitələrlə əldə edə bilərsiniz. Hazırda daha fərqli metodlar üzərində də çalışırıq. Buna görə də bizim sosial media səhifələrimiz və email məktublarımızı izləyin.

Bon.az olaraq biz sosial media influencerləri, bloqer, sosial media qrupları, telegram kanalları və digər media qurumlarını əməkdaşlığa dəvət edirik. Bon Kodlardan istifadə edərək, öz izləyicilərinizə onlayn alış-verişdən daha çox qazanma imkanı verə bilərsiniz.