Trendyol Elite üzvü olmaqla qənaət et!

Şübhəsiz Azərbaycan internet alıcıları arasında Türkiyənin ən məşhur onlayn alış-veriş mağazası olan Trendyol saytı xüsusilə məşhurdur. Bu mağazada Türkiyənin ən məşhur geyim brendləri, elektronika, kosmetika və digər məhsullar yer alır. 

Bu məqaləmizdə sizinlə Trendyol-dan alış-veriş etdiyinizdə daha çox qənaət edə biləcəyiniz metod barədə paylaşım etmək istəyirik. Söhbət Trendyol Elite proqramı haqqındadır. Trendyol Elite proqramına üzv olmaqla, siz həm Türkiyə daxili çatdırılma (karqo) xidmətindən pulsuz istifadə edə, həm də Trendyol milla məhsullarına 20%-lik endirim əldə edə bilərsiniz. 

Necə üzv olmaq olmaq olar?

Trendyol mağazasından alış-veriş etdiyinizdə son 3 ayda aldığınız məhsul sayı 20-dən çox olmalı və ümumi məbləğin həcmi minimum 2000 TL olmalıdır. Bu qaydaya xüsusilə diqqət etmək lazımdır. Qeyd olunmuş hər üç şərtə əməl olunduqda, hesabınız avtomatik olaraq Trendyol Elite üzvlüyünü əldə edəcək.

Üstünlükləri nədir?

Trendyol Elite üzvlüyünün əsas üstünlüyü yuxarıda qeyd edildiyi kimi, məhsul sifarişi zamanı Türkiyə daxili daşınma haqqının pulsuz olmasıdır. Qeyd olunmuş endirim yalnız Türkiyə daxili çatdırılma xidmətinə aiddir və Azərbaycana çatdırılma qiyməti nəzərdə tutulmur. Belə ki, normal halda saytdan sifariş etdiyinizdə, 9.99 TL miqdarında çatdırılma haqqı əlavə edilir. Trendyol Elite üzvlüyü əldə etdiyinizdə, 30 TL üzəri bütün sifarişləriniz pulsuz çatdırılma əldə etmiş olur.

Pulsuz çatdırılmadan əlavə Trendyol şirkətinin öz istehsalı olan Trendyol Milla adlı qadın və kişi geyim brendi, Aveda adlı kosmetik və dəriyə qulluq vasitələrinin sifarişlərindən xüsusi endirimlər əldə etmək mümkündür. Belə ki, qeyd olunmuş brendlərin sifarişi zamanı hər ikinci məhsula 20%-lik endirim tətbiq olunur.

Bütün bunlarla yanaşı, Trendyol Elite üzvlərinə öncəlikli özəl müştəri xidmətləri təklif olunur. Sifarişinizlə bağlı hər hansı bir probleminiz olarsa, Elite üzvlərin müraciətləri prioritetli statusu alır və daha tez həll oluna bilir.

Bon.az ilə Trendyoldan alış-veriş edin, həm cashback qazanın, həm də Elite üzvlüyü əldə edərək daha çox qənaət etmiş olun.

Trendyol Elite proqramı haqqında ətraflı məlumatı mağazanın rəsmi səhifəsindən əldə edə bilərsiniz - keçid