Supreme Oreo-nun bir qabı ebay.com-da $91000 satılır.

18 Fevral tarixindən bazara təqdim edilmiş, Supreme brendli Oreo peçenyeləri, brend pərəstişkarları tərəfindən yeyilmək üçün deyil, təkrar satılmaq məqsədilə alınaraq, qısa müddətdə məşhurlaşa bilmişdir. "Hype" mədəniyyətinin bariz nümunəsi kimi, ebay.com saytında açılmış auksionların birində Supreme brendli qırmızı Orenun qiyməti hal-hazırda 91 min ABŞ dollarından bahadır və auksion bir həftə davam edəcək.

Supreme Oreo-ları keçən həftənin cümə axşamı, bir qutuya görə 8$ qiyməti ilə satışa çıxarılmışdır. Məhsul satışa çıxar-çıxmaz, dərhal eBay.com saytında da ikinci əldən satışa çıxarılmışdır.

YENİLƏNMƏ: Hal-hazırda ebay-dəki auksion bağlanmışdır.

Supreme Oreo istehsalçısı Nabisco ilə öz yeni yaz / yay 2020 kolleksiyası üçün əlbir olaraq qeyd olunmuş məhsulu istehsal etmişdir. Kolleksiya çərçivəsində həmçinin süni xəzdən gödəkçələr, Nike idman ayaqqabıları, Nalgene su qabları, Ziploc saxlama bağlamaları və Mac Tools adlı təkərli sandıq təqdim etmişdir.

Qeyd etmək lazımdır ki, bu satış ebay-də yeganə elan deyil, ancaq digər elanların da qiymətləri 8$-lıq normal bazar qiymətindən yüksəkdir və 56$-dan başlayır. Ən yüksək qiyməti ($91100) olan elana isə 106 qiymət təklifi edilib.

Elanın qiymət tarixçəsinə baxdıqda isə, 20$-dan satışa çıxarıldığı və cümə günündən etibarən qiymət artdığını görmək mümkündür. Təbii ki, heç də hər kəs Supreme Oreo hype-ından dəli olmayıb və internet bu mövzuda müxtəlif növ memlərlə dolubdur. Yəqin ki, skoçlu banandan sonra tezliklə mağazaların real time marketinqlərində Supreme logolu məhsulların reklam olunduqlarını görəcəyik.

Supreme, eBay və Mondelēz International, Nabisco-nun aid olduğu şirkət isə, onlara ünvanlanmış müraciətləri cavabsız qoyublar.