Cashback və Bank kartlarının birləşməsindən Bonuslar! 2-ci hissə

İnternetdən alış-veriş edərkən bon.az ilə cashback əldə etməklə yanaşı, hansı bankın kartından əlavə bonuslar əldə edə biləcəyiniz haqqında məqalənin ikinci hissəsində növbə iki bankın miles kartları haqqında bəhs edəcəyik. 

Premium Bank Azal Miles kartları

Sırada ilə Azal Hava Yollarından miles qazanmaq imkanı verən Premium Bankın miles kartlarıdır. Bundan əvvəl bəhz etdiyimiz Birkart miles və Unimiles kartlarından fərqli olaraq, bu kartlar yalnız Azal-ın biletlərinə dəyişə biləcəyiniz millər qazandırır.

Digər fərqləndirici cəhət isə Premium Bank tərəfindən bir kart deyil, Visa və MasterCard olmaqla toplamda 8 növ mil kartı təklif olunur:

  • MasterCard standart Miles (2 il - 40 AZN, 3 il - 50 AZN)

  • MasterCard Gold Miles (2 il - 100 AZN, 3 il - 120 AZN)

  • MasterCard Platinum Miles (2 il - 200 AZN, 3 il - 250 AZN)

  • MasterCard Black edition Miles (2 il - 350 AZN, 3 il - 400 AZN)
     

  • Visa standart Miles (2 il - 40 AZN, 3 il - 50 AZN)

  • Visa Gold Miles (2 il - 100 AZN, 3 il - 120 AZN)

  • Visa Platinum Miles (2 il - 200 AZN, 3 il - 250 AZN)

  • Visa Signature Miles (2 il - 350 AZN, 3 il - 400 AZN)

Üstünlüklər

Premium Bank tərəfindən təqdim olunan kartlar fərqli kateqoriya və qiymətlərə sahib olduqlarından, hər kartın özünəməxsus üstünlük və bonusları mövcuddur. Buna görə də bizə ən yüksək dərəcəli kartın məlumatları ilə paylaşırıq. Hər bir kart haqqında daha ətraflı məlumat almaq üçün isə rəsmi səhifəyə müraciət etməyinizi tövsiyyə edirik.

  • Mastercard Black Edition və ya Visa Signature Miles kartı əldə etdiyiniz zaman Sizə 400 bal hədiyyə olunacaq (yalnız yeni müştərilər üçün)

  • Ölkədaxili əməliyyatlara görə hər 10 manat üçün 1 bal

  • Ölkəxarici əməliyyatlara görə hər 5 manat üçün 1 bal

  • Premium Club proqramı üzrə əməliyyatlara görə hər 7.5 manat üçün 1 bal

  • Bütün dövlət büdcəsi ödənişləri, gömrük, vergi, DYP ödənişləri, Apus vasitəsi ilə həyata keçirilən əməliyyatlara görə hər 35 manat üçün 1 bal

  • "Premium Club” cashback proqramının üzvü olacaqsınız - www.premiumbank.az/cashback/

  • “Priority Pass” kartı hədiyyə. Dünyanın hava limanlarında yerləşən 1100-dən artıq VIP-zaldan sərbəst istifadə hüququ. (xidmət haqqı müştərinin özü və onunla səyahət edən hər şəxsə görə 30 USD təşkil edir).

  • Kiyev, Praqa, Vyana, Budapeşt, Buxarest, Tbilisi, Batumi «Mastercard Business Lounge» zallarına pulsuz giriş

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanında A zonasında 1-ci Terminalda “Priority” qeydiyyat masasından istifadə hüququ. Qeydiyyat xidmətindən kart sahibi ilə birgə səyahət edən şəxslər də istifadə edə bilərlər

  • "Salam Lounge" zalına birdəfəlik ziyarət üçün hədiyyə kuponu əldə edəcəksiniz

  • Beynəlxalq hava limanının 1-ci terminalında yerləşən "Salam Lounge", "Khazri Lounge" və "Baku Club" zallarının xidmətlərindən eksklüziv şərtlərlə istifadə edə bilərsiniz


Millərin hesablanması

Premium Bank Azal miles kartları ilə toplanmış millərin istifadəsi ilə bağlı ətraflı məlumatı AZAL-ın rəsmi səhifəsindən əldə etmək mümküdür.

Göründüyü kimi Azal Miles kartları ilə ölkəxaricində edilmiş alışlardan ikiqat miles toplamaq olur. Bu isə o deməkdir ki, internetdən xarici onlayn mağazalardan alış-veriş etdikdə həm iki qat millər toplaya, həm də bon.az ilə cashback qazana bilərsiniz.

Azal miles kartlarının qiymətləri, kart növü və ilindən asılı olaraq 40-400 AZN təşkil edir.

Premium Bankın təqdim etdiyi Azal Miles kartları haqqında, əldə etmə şərtləri barədə daha ətraflı bankın rəsmi səhifəsindən əldə edə bilərsiniz. 

 

Pashabank Miles&Smiles kartları

Sonda isə sizə Pashabank tərəfindən təqdim olunan Türkiyə Hava yolları üçün nəzərdə tutulmuş Miles&Smiles kartlarıdır. Bu kartlar ilə də digər bank kartlarında olduğu kimi həm onlayn, həm də oflayn alış-verişlərinizdən millər toplaya bilərsiniz. Lakin, digər üç kartdan fərqli olaraq, bu milləri THY - Türkiyə Havva Yollarına aid Miles&Smiles proqramı çərçivəsində istifadə edə bilərsiniz. İnternetdən alış-veriş etdikdə ödənişlərinizi PashaBank Miles&Smiles kartı ilə etdikdə həm miles, həm də bon.az-dan istifadə edərək kəşbək toplayın.

Digər banklardan fərqli olaraq isə Pashabank öz müştərilərinə 2 növ kart təklif edir:

  • MasterCard World Black edition
    - Qiymtəti: 250 AZN
    - Welcome milləri: 5000 mil
    - Avans milləri: 10000 mil

  • MasterCard World Elite
    - Qiymtəti: 600 AZN
    - Welcome milləri: 10000 mil
    - Avans milləri: 20000 mil


Üstünlüklər

Pasha Bank tərəfindən təqdim olunan kartlar fərqli kateqoriya və qiymətlərə sahib olduqlarından, hər kartın özünəməxsus üstünlük və bonusları mövcuddur. Bu kartlara səyahət sığortası, lounge key, konsyerj xidməti, endirim və xüsusi təkliflər daxildir. Kartların müqayisəsi və üstünlükləri barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Millərin hesablanması

Pasha Bank Miles&Smiles kartları ilə qazanılmış millər ilə dünyanın 120+ istiqamətlərinə beynəlxalq pulsuz biletləri ala bilərsiniz:

  • MasterCard World Black edition - 1 AZN - 0.5 mil*
  • MasterCard World Elite - 1 AZN - 1 mil*

* PASHA Bank şəbəkəsində və ölkə xarici ödənişlər üzrə

Göründüyü kimi digər kartlardan fərqli olaraq PashaBank Miles&Smiles kartları ilə istər ölkədaxili, istərsə də ölkəxaricində edilmiş alışlardan kart növündən asılı olaraq eyni miqdarda miles toplamaq olur. Beləliklə, internetdən xarici onlayn mağazalardan alış-veriş etdikdə həm THY millər toplaya, həm də bon.az ilə cashback qazana bilərsiniz.

Bonus olaraq onu da qeyd etmək lazımdır ki, THY miles-ları yalnız aviabilet deyil, həmçinin Shopandmiles.com saytında müxtəlif növ məhsullara dəyişə bilərsiniz.

Miles&Smiles kartlarının qiymətləri, kart növündən asılı olaraq 250-600 AZN təşkil edir.

Pasha Bankın təqdim etdiyi Miles&Smiles kartları haqqında, əldə etmə şərtləri barədə daha ətraflı bankın rəsmi səhifəsindən əldə edə bilərsiniz. 

Nəhayət sonda onu da qeyd etmək istərdim ki, bununla onlayn alış-verişdən imtiyazlarınız limitlənmir və tezliklə daha çox faydalı məlumatlar haqqında paylaşımlar edəcəyik. İndilik isə Bon.az ilə onlayn alış və sifarişlərinizdən kəşbək qazanmaq üçün, Mağazalar bölməsinə keçin.