BONANZA FİNAL Qalibləri

Bonanza müsabiqəmizin FİNAL seçim mərhələsi baş tutdu və hədiyyələrin qalibləri təsadüfi seçim nəticəsində canlı efirdə seçildilər. Aşağıda isə Bonanza müsabiqəmizin ilk qaliblərinin uduşlu kodlarını yerləşdirmişik. Uduş kodunu yoxlamaq üçün sadəcə Bon.az saytınızdakı hesabınıza daxil olaraq, Müsabiqə bölməsinə keçmək və kodlar listi ilə üzləşdirmək lazımdır. Biz isə qalib üzvlərimizlə ən qısa zamanda əlaqə saxlayıb, hədiyyələrini təqdim edəcəyik.

Əlavə olaraq onu qeyd etmək istərdik ki, Final müsabiqəsi zamanı ədalətli uduşun təmin olunması məqsədilə tərəfimizdən xüsusi random nömrə hesablayan sistem yaradılmış və nömrələr onun əsasında seçilmişdir. Səbəb və üstünlükləri haqqında ətraflı aşağıda məlumat verilmişdir:

  • Müsabiqədə ümumi olaraq 20 Mart 2020 tarixinədək toplanmış 11215 ədəd bilet kodu iştirak edirdi.
  • Random.org saytında bir dəfəyə maksimum 10 min kod istifadə edilə bilərdi.
  • Müsabiqəyə keçmiş müsabiqədə qalib olmuş kodlar, komanda üzvlərimizin kodları daxil edilməmişdir.
  • Bir iştirakçının adına bir neçə kod olduğuna görə, eyni hədiyyə üçün bir şəxsin, bir neçə hədiyyəni udmaq şansını ortadan qaldırdıq və hər hədiyyə üçün təsadüfi olaraq, seçilmiş nömrədə, eyni iştirakçının bir neçə kodu iştirak etmədi.
  • Kod opensource olaraq açıqdır və bon.az/random keçidi ilə yoxlanıla bilər.

Qaliblərimizi bir daha təbirk edir və növbəti müsabiqələrdə iştirakınızı gözləyirik.