Kəşbək ləğvinə səbəb olan 10 hal

  • Yazar

    Bon

  • Kategori

    Yazılar

  • Tarih

    19-08-2022 02:08

Bizə daxil olan müraciətlərdən ən populyarı hesablanmış və gözləmədə olan kəşbək məbləğlərinin sonradan ləğvi ilə bağlıdır. Əksər üzvlərimizi narahat edən sual, sifariş ləğv edilməyibsə, kəşbək nə üçün ləğv edilibdir?! Ancaq, kəşbəkin ləğvi yalnız sifarişin ləğvi ilə bağlı olmadığına görə, bu yazımızda buna səbəb olan 10 qayda haqqında bəhs etmək istərdik. Qaydalara keçməmişdən öncə, onu da qeyd etməliyik ki, müxtəlif saytlarda Kəşbəkin ləğv edilmə səbəbləri fərqlənə bilər və əksər hallarda mağazalar ləğv etmənin səbəbini açıqlamırlar. Buna görə biz ləğv etməyə səbəb ümumi qaydalar ilə sizi tanış edəcəyik:

1.  Siz və ya satıcı sifariş edilmiş məhsulu ləğv edərsə. Bəzən sifarişi siz yox, satıcı ləğv edir, buna səbəb stokda məhsulun bitməsi, qiymət dəyişikliyi və yaxud qeyd edilmiş ünvana çatdırılmanın edilməməsi ola bilər.

2.  Səbətə bir neçə məhsul əlavə etmisiniz, lakin bu məhsullardan biri və ya bir neçəsi siz və ya satıcı tərəfdən ləğv edilərsə, bütün səbət üzrə sifarişlər ləğv olunur.

Məsələn; səbətə ümumi dəyəri 1000 TL olan, 5 ədəd fərqli dəyərə sahib məhsul əlavə etmisiniz. Sonradan, siz və yaxud satıcı səbətdə 10 TL dəyəri olan corabı ləğv etdikdə, mağaza bu səbət üzrə bütün kəşbək məbləğini ləğv edir. 

Məsləhət: Fərqli satıcılardan olan məhsulları, bir səbətdə sifariş etməyin.

3.  Mağazanın sizə verdiyi xüsusi kupon, hədiyyə çeki istifadə edilərsə, kəşbək ləğv edilir.

Mağazalar müxtəlif kanallar vasitəsilə öz kuponlarının yayımını edir, bəzən isə mağaza daxilində müştərisinə özəl kuponlar təqdim edə bilirlər. Məsələn, üzvlərimiz arasında populyar olan Trendyol saytında, hər hansı bir markanın səhifəsini izləmə etdiyinizdə, sizə müxtəlif məbləğli endirim kuponu təqdim edilir və həmin mağazadan edilmiş ilk sifarişdə, kupon avtomatik olaraq tətbiq edilir. Buna görə də, həmin sifariş üzrə kəşbək hesablanmır. 

Qeyd etmək lazımdır ki, trendyol mağazasındakı səbətdə endirim və pulsuz karqo endiriminin tətbiqi ilə bağlı problem yoxdur və kəşbək hesablanır. 

4.  Ödəniş mağazanın öz daxili cüzdanı vasitəsilə edilərsə.

Türkiyədə bəzi mağazaların öz daxili cüzdanları var ki, bu cüzdana pul və yaxud hədiyyə çeki ilə balansı artırdıqda, ödəniş etmək mümkündür. Ancaq, bu halda kəşbək sonradan ləğv ediləcək. Mağaza cüzdanları daha çox Türkiyə mağazalarında istifadə olunduğundan, yalnız Türkiyə vətəndaşları və rezidentləri ondan istifadə edə bilərlər. Məlumat olaraq, bu halı da bildirməyimizdə fayda var.

Məsləhət: Kəşbək qazanmaq istəyirsinizsə, mağaza cüzdanlarından istifadə etməyin.

5.  Texniki xəta nəticəsində Klon tranzaksiyaların qeydə alınması. Bu zaman bir alış, iki dəfə qeydə alınır və buna görə də hesablanan kəşbək məbləği də yanlış hesablanır. Mağaza yoxlama etdikdən sonra, təkrar qeydə alınmış tranzaksiyanı ləğv edir.

Misal üzərində izah edək: siz bir sifariş etmisiniz, ancaq hesabda 2 tranzaksiya qeydə alınıb. Balans olaraq isə 10 TL göstərilir. Əslində isə ikinci tranzaksiya təkrar qeydə alınma olduğuna görə, sizin əsl balansınız 5 TL-dir. Bu zaman əslində sizin kəşbək ləğv edilmir, əksinə yanlış hesablanmış kəşbək təmizlənir.

Məsləhət: Burada sizin edə biləcəyiniz bir iş yoxdur. Klon tranzaksiyaları ayırd edə bilməniz yetər. Belə ki, ard-arda gələn iki tranzaksiya eyni tarix, saat, ödənən məbləği göstərsə də, sifariş nömrələri fərqlənir.

6.  Bəzi mağazalarda Toplu alışlara qadağa qoyulur və mağazanın təyin etdiyi limitdən çox sayda olunan sifarişlər ya tam, ya da qismən ləğv edilir.

Məsələn, Trendyol mağazası eyni məhsuldan bir neçə dənə aldıqda, bunlardan yalnız bir ədədinin kəşbəkini hesablayır və 60-90 gün sonra, üzləşmə edildikdə geriyə qalan məhsulların kəşbəklərini aktivləşdirir. Bu zaman isə sizin hesabda əksik olan kəşbək, artmış ola bilir. Bəzi mağazalarda isə ümumiyyətə 5-6 ədəddən çox məhsul aldıqda, ay sonunda həmin kəşbək tranzaksiya təmamilə ləğv edilir.

Məsləhət: Mağazaya keçid etmədən öncə, mağazanın təyin etdiyi toplu alış qaydaları ilə yaxından tanış olun.

7.  Bəzi mağazalarda məhsullar kateqoriyalara bölünərək, fərqli kəşbək dərəcələri təyin edilir. Bunlar arasında 0% kəşbək hesablanan məhsullar da olur və mağaza yoxlamadan sonra bu kateqoriyadan olan məhsullara görə kəşbəki ləğv edir. Buna görə də, mağazaya keçməmişdən öncə, təqdim edlən fərqli kəşbək komissiya dərəcələri ilə yaxından tanış olun.

Məsləhət: Mağazaya keçid etmədən öncə, mağazanın təyin etdiyi kəşbək komissiyaları ilə yaxından tanış olun.

8.  Eyni anda bir neçə kəşbək saytından istifadə etdikdə, mağaza keçidin hansı saytdan edildiyini anlamadığına görə ya sifarişi tam ləğv edir, ya da çərəz faylı ilk qeydə alınmış platformaya aid edir, digərini isə ləğv edir.

Bizə tez-tez müraciət edib, X kəşbək saytından aldıqda kəşbək hesablanırdı, ancaq sizə hesablanmadı deyilir. Burada problem odur ki, istifadəçi eyni zamanda bir neçə kəşbək saytından, bəzən isə bir neçə kəşbək brauzer əlavəsi istifadə etdiyində, çərəz faylların yazılmasında problem yaranır. Daha doğrusu, mağaza eyni zamanda bir və ya bir neçə kəşbək saytından keçid olunduğunu görür və keçidin əslində hansı saytdan edildiyini təyin edə bilmir. Nəticədə həmin alış üzrə kəşbək ya təmamilə ləğv edilir, ya da digər saytın xeyrinə bizdən silinir. 

Məsləhət: Bir brauzerdə eyni anda bir neçə kəşbək, kupon saytlarından istifadə etməyin.

9.  Bon.az-dan keçid etdikdən sonra, başqa saytdan kupon kodu istifadə edilərsə.

Məsləhət: Yalnız Bon.az tərəfindən təqdim edilən kupon və promolardan istifadə edin. Bunun üçün bizim Kuponlar bölməmizə keçid edə bilərsiniz.

10.  Sifariş zamanı yaranmış xəta və s.

Bəzi hallarda yuxarıda qeyd olunmuş hallardan başqa nə bizim, nə də mağazanın izah edə bilmədiyi texniki səbəblərdən dolayı yanlış hesablamaların olması mümkündür. Bu cür halların olma ehtimalı ümumi alışların 0.5%-i qədəri ola bilər. 

Vacib qeyd: Bütün hallarda yekun qərar mağazaya aid olduğundan, bəzi hallarda mağazalar heç bir əsaslı səbəb göstərmədən kəşbəkin hesablanmasından imtina edə bilər.