Haqqımızda

 

Bon.az onlayn mağazalardan Cashback qazanmaq imkanı verən onlayn platformadır.

Cashback nədir?

Cashback - loyallıq proqramının bir növü olaraq, alıcının mükafatlandırılmasıdır. Lakin, bonus, kupon və digər üstünlüklərdən fərqli olaraq, istifadəçilərə real pul ilə ödəniş edilir. Keşbek-in həcmi faiz ilə ölçülür, yəni ödənilən məbləğin həcmindən asılı olaraq hesablanır.

Sadə dil ilə desək, o zaman cashback - onlayn mağazadan alış-veriş etdiyiniz zaman, ödədiyiniz məbləğdən müəyyən hissəsinin satıcı tərəfindən geri qaytarılmasıdır. Bu əməliyyat zamanı, satıcı ilə müştəri arasındakı vasitəçi rolunda Bon.az çıxış edir.

Cashback xidmətindən necə yararlanmaq olar?

Mağazalar çox nadir hallarda öz müştərilərinə cashback təklif edirlər. Axı müştəri artıq mağazadadır, bu isə o deməkdir ki, onlar haqqında məlumatı digər reklam mənbələrindən əldə etmisiniz.

Onlayn mağazanın sizə Cashback ödəməsi üçün, ilk növbədə Bon.az saytında qeydiyyatdan keçmək lazımdır. Bon.az saytında yerləşən mağazalara keçidlər unikaldırlar. Onlara kliklədikdə sizin cashback xidmətindən yararlanmaq istədiyiniz haqqında məlumat mağazaya ötürülür. Linkə klikləyərək, alış-veriş etdikdə, onlayn mağaza sizin cashback almaq istədiyinizi bilir və əməliyyat uğurlu olarsa, Bon.az vasitəsilə sizə cashback ödəyir.

Cashback necə qaytarılır?

Geri qaytarılan vəsaitlər mağaza və yaxud məhsulun reklam büdcəsindən formalaşır. Yəni cashback ilə satılan məhsulların qiyməti dəyişdirilmir. Bu məbləğ əvvəldən məhsulun qiymətinə daxil edilir. Əldə etdiyiniz faizlər - reklam fokusu deyil, qənaət etdiyiniz məbləğdir.

Bu gün, cashback funksiyasından yararlanaraq əksər alışlara görə ödənilən pulların bir hissəsini geri almaq mümkündür. Bon.az ilə siz onlayn alış-veriş zamanı etdiyiniz ödəmələrdən külli miqdardə qənaət edə bilərsiniz. 

Nə üçün cashback endirimlərdən daha yaxşıdır?

"Endirimli qiymətlər" müştəriyə elə indi bəlli bir məhsulu endirmli qiymətlə əldə etməyə çağırır və öz işinin öhdəsindən gəlirlər. Bu zaman endirimli qiymətin həqiqiliyini yoxlamaq çətindir. Müştəri bunun həqiq endirim, yoxsa reklam addımı olduğunu bilə bilməz. Endirimlərdən fərqli olaraq Cashback bütün növ mallara tətbiq olunur. Üstəlik Cashback-i satıcının endirimli qiymətləri ilə də birləşdirmək mümkündür ki, bu isə daha çox qənaət deməkdir.

Hər şey çox sadədir:

Keşbəki aktivləşdiririk = Alışdan ödəniş alırıq.

Promo kodu aktivləşdiririk = Artırılmış Keşbek alırıq.
 

Cashback ― hər kəs üçün sərfəlidir: mağaza bu yolla sadiq alıcılar, alıcılar isə ən sərfəli qiymətləri əldə etmiş olurlar. Milyonlarla insan artıq cashback-dən yararlanır - siz də qoşulun, qazanın, qənaət edin!