Haqqımızda

Bon.az Kəşbək necə işləyir?

Kəşbək – alış-veriş üçün ödənilmiş məbləğin bir hissəsinin satıcı tərəfindən alıcıya qaytarılmasıdır. Bon.az onlayn mağazalarla əməkdaşlıq edərək, öz istifadəçilərinə onlayn şoppinqdən 50%-dək Kəşbək qazanmaq imkanı yaradan virtual platfomadır.

Necə işləyir?

Bon.az kəşbək sehrinin arxasında nədir?

Kəşbək - loyallıq proqramının bir növü olaraq, alıcının mükafatlandırılmasıdır. Lakin, bonus, kupon və digər üstünlüklərdən fərqli olaraq, istifadəçilərə real pul ilə ödəniş edilir. Kəşbəkin həcmi faiz ilə ölçülür, yəni ödənilən məbləğin həcmindən asılı olaraq hesablanır.
Sadə dil ilə desək, kəşbək - onlayn mağazadan alış-veriş etdiyiniz zaman, ödədiyiniz məbləğdən bir hissəsinin satıcı tərəfindən geri qaytarılmasıdır. Bu əməliyyat zamanı, satıcı ilə müştəri arasındakı vasitəçi rolunda Bon.az çıxış edir.

Onlayn mağazanın sizə Cashback ödəməsi üçün, ilk növbədə Bon.az saytında qeydiyyatdan keçmək lazımdır. Bon.az saytında yerləşən mağazalara keçidlər unikaldırlar. Onlara kliklədikdə sizin cashback xidmətindən yararlanmaq istədiyiniz haqqında məlumat mağazaya ötürülür. Linkə klikləyərək, alış-veriş etdikdə, onlayn mağaza sizin cashback almaq istədiyinizi bilir və əməliyyat uğurlu olarsa, Bon.az vasitəsilə sizə cashback ödəyir.

Geri qaytarılan vəsaitlər mağaza və yaxud məhsulun reklam büdcəsindən formalaşır. Yəni kəşbək ilə satılan məhsulların qiyməti dəyişdirilmir. Bu məbləğ əvvəldən məhsulun qiymətinə daxil edilir. Əldə etdiyiniz faizlər - reklam fokusu deyil, qənaət etdiyiniz məbləğdir. Bu gün, kəşbək funksiyasından yararlanaraq əksər alışlara görə ödənilən pulların bir hissəsini geri almaq mümkündür. Bon.az ilə siz onlayn alış-veriş zamanı etdiyiniz ödəmələrdən külli miqdardə qənaət edə bilərsiniz.

Üstünlüklərimiz

Bon.az üzvü olaraq onlayn alış-verişinizdən maksimum faydalanmaq üçün unikal imkanlar.

Kəşbək

Yüzlərlə onlayn mağazadan ödədiyiniz məbləğin 50%-ə qədərini geri alın

Kupon və Kampaniyalar

Endirim kuponları və kampaniyalardan istifadə edərək, daha çox qənaət edin

Bonanza

Üzvlərimizə daha çox qazandıracaq müsabiqə, oyun və loyallıq proqramı