Tez-tez verilən suallar

Cashback nədir?

Onlayn mağazalarda ödədiyiniz məbləğin bir hissəsinin mağaza tərəfindən geri qaytarılmasına cashback (kəşbək) deyilir. Bon olaraq biz mağazalar ilə əməkdaşlıq edərək, onların məhsul və xidmətlərini öz üzvlərimizə tanıtdırdıqda, buna görə bizə komissiya ödənilir. Biz də bu komissiyanı sizinlə bölüşürürük. 

Kəşbəkin uğurla hesablanması üçün:

  1. «Bon.az» saytında qeydiyyatdan keçərək, mağazaya sayt üzərindən keçmək.
  2. Kəşbək alınması ilə bağlı bizim tövsiyyələr ilə tanış olmaq.
  3. Mağazanı seçərək, kəşbək şərtləri ilə tanış olduqdan sonra, sayta keçid etmək.
  4. Məhsul və ya xidmətə görə ödənişi edərək, almaq.

Kəşbəkin təsdiq olunmasını nə qədər gözləmək lazımdır?

  • Kəşbək məbləğinin qeydə alınması mağaza, kateqoriya və ölkəyə görə dəyişə bilir.
  • Türkiyə mağazalarından alış zamanı kəşbək məbləği 3-5 dəqiqə ərzində hesabınızda qeydə alınır.
  • Çin və Rusiya mağazalarından alış zamanı kəşbək məbləği 20-30 dəqiqə ərzində hesabınızda qeydə alınır.
  • ABŞ mağazalarından alış zamanı kəşbək məbləği 3-5 gün ərzində hesabınızda qeydə alınır.
  • Qeydə alınmış bütün kəşbək tranzaksiyalar 30 gün sonra hesabınızda aktivləşir.
  • Aviabilet və hotel tipli xidmətlərdən verilən Kəşbək, həmin xidmətlərdən istifadə edib bitirdikdən sonra, aktivləşdirilir. Yəni, hoteldən check-out etdikdən sonra, Kəşbək prosesi aktivləşdirilir.
  • Bəzi mağazalarda kəşbək faiz dərəcələri fərqli kateqoriyalara görə fərqlənsə də, hesablanma standart komissiya dərəcəsi üzərindən aparılır və mağaza ilə üzləşmə aparıldıqdan sonra, yenilənir.
  • Bəzi mağazalarda kəşbək faiz dərəcələri qeydiyyat zamanı düzgün yazılmaya bilər. Məlumat mağaza tərəfindən verildiyinə görə, üzləşmə zamanı yanlış komissiyalar düzəldilir.
  • Mübahisənin açılması, ödənilmiş məbləğin bir hissəsinin geri qaytarılması. Sifariş məbləğinin yenidən hesablanması, cashback təsdiqinin vaxtına təsir edə bilər.
  • Sezon alış-verişi və yüksək alıcı axını olan dövrlərdə  internet mağazaların üzərinə düşən yük daha ağır olduğundan, cashback-in hesablanması və təsdiqi daha çox zaman ala bilər.

Hansı nağdlaşdırma metodları var?

Kəşbək-in nağdlaşdırılması üçün bir neçə metod mövcuddur. 

  • Portmanat.az - onlayn cüzdanına
  • Webmoney WMZ
  • USDT - stabil kriptovalyuta
  • və digər.


    Ən son yenilənmə 20 İyun, 2021

Nə üçün Cashback hesablanmamışdır?

Cashback-inizin hesablanmaması ilə üzləşmisinizsə, aşağıdakı səbəblərdən birindən dolayı olması mümkündür:

  • Qeyd olunmuş mağazada cashback hesablanmayan məhsul seçilmişdir.
  • Sifariş olunmuş məhsul, cashback aktivləşdirilmədən öncə səbətə atılmışdır.
  • Cashback aktivləşdirilməsindən 6 saat keçmişdir.
  • Sifariş fərqli cihazlardan həyata keçirilmişdir. Məsələn, məhsul kompyuter brauzerindən səbətə atılmış, sifariş isə mobil telefon üzərindən edilmişdir, və ya əksinə.
  • Sifariş zamanı, digər xidmətlərin reklam bannerləri və ya partnyor keçidindən istifadə edilmişdir.
  • Sifariş pəncərəsi, ödəmə edilməmişdən öncə bağlanmışdır.
  • Antivirus proqramları və ya reklam keçidlərini bloklayan xüsusi proqramlar quraşdırılmışdır.
  • Reklam keçidlərini, cookie və digər prosesləri bloklayan brauzer (Safari, TOR, Brave və s.) üzərindən sifariş olunarsa.
  • Digər cashback xidmətlərin brauzer əlavələri / mobil tətbiqləri istifadə olunarsa. Sifariş mağazanın mobil tətbiqi üzərindən olunarsa, cashback hesablanmayacaq (istisna - Aliexpress mobil tətbiqi)
  • Cashback-ə aid olmayan digər brauzer əlavələri də, arxa fonda sizin keçidləri oğurlaya bilərlər. Buna görə də, cashback-li alış-veriş zamanı digər brauzer əlavələrini deaktivasiya etmək məsləhətdir.
  • Sifarişin işlənməsi və ya ödəniş zamanı, internet əlaqəsində problemlərin yaranması.
  • Aliexpress mağazasında Nigeriya və Çin İP-si istifadə olunan proksi servis istifadə olunduqda, cashback hesablanmır.
  • Rutlanmış (root) cihaz istifadə olunduqda.
  • Sifariş hüquqi şəxs tərəfindən həyata keçirilərsə.
  • Alış etdiyiniz onlayn mağazadakı hesabınız bloklanarsa, Bon.az üzərindən də cashback hesablanması mümkün olmayacaq.

  • Yuxarıda qeyd olunmuş hallardan heç biri, sizin üzləşdiyiniz problemə uyğun gəlmirsə, Facebook messenger üzərindən bizə müraciət etməyinizi xahiş edirik. 
  • Hər bir mağazanın cashback hesablanmayan məhsul kateqoriyası və ya xidmətləri mövcuddur. Buna görə də, mağaza səhifəsində bu məlumatlar haqqda daha ətraflı öyrənməyiniz lazımdır.
  • Bizim məsləhətlərə qulaq asın və Bon.az istifadəsi ilə alış-verişinizdən hər zaman cashback qazanın.

Dostunu gətir nə deməkdir?

Bon.az -ın dostunu gətir proqramı vasitəsilə Cashback qazanmaları üçün bizim saytı tövsiyyə edərək, dəvət ediyiniz dostlarınızın əldə etdikləri cashback-in 5%-i daim sizin balansınıza əlavə olunacaq. Dostunu dəvət et proqramından yararlanmaq üçün, şəxsi hesabınızdakı Referral bölümündəki, xüsusi keçidi dostlarınız ilə paylaşmağınız lazımdır.

Cashback-i hansı mağazalardan və necə əldə etmək olar?

Cashback əldə etmək üçün, saytın Mağazalar bölməsinə daxil olaraq, müxtəlif kateqoriyalı mağazalardan istədiyinizi seçərək, AKTİVLƏŞDİR düyməsinə klikləyərək, mağazaya keçmək və sifarişinizi vermək kifayətdir. Əməliyyatın işləməsi üçün Bon.az hesabına daxil olmalısınız. Cashback haqqında məlumatlar mağazadan asılı olaraq, bir neçə dəqiqə ərzində hesabınızda öz əksini tapacaq.

Nə üçün saytda qeydiyyatdan keçməliyəm?

Cashback-in uğurla hesablanması və kimə aid olduğunu təyin etmək üçün, saytda hesab açaraq, cashback əməliyyatını aktivləşdirə bilərsiniz. Bundan əlavə müsabiqədə iştirak etmək üçün hesab açmağınız mütləqdir.

Dost dəvəti mənə nə qazandıracaq?

Dostlarınızı Bon.az-a dəvət etməklə onların əldə edəcəkləri cashback-in 5%-i miqdarında passiv kəşbək qazana biləcəksiniz.

Dostlarımı necə dəvət edə bilərəm?

Dostlarınızı Bon.az-a dəvət etmək üçün, hesabınıza daxil olaraq Dost Dəvəti bölümünə keçməyiniz lazımdır. Buradan, sizə aid xüsusi dəvət linkini kopyalayaraq messencer və sosial şəbəkələr vasitəsilə dostlarınızla paylaşa bilərsiniz. Dost dəvətində heç bir limit yoxdur.

Qeydiyyatdan 20 AZN bonusu necə əldə edə bilərəm?

Bon.az saytında qeydiyyatdan keçmiş bütün istifadəçilərin hesablarına 20 AZN bonus məbləği əlavə olunacaq. Bu məbləğ Gözləmə statusuna sahibdir və üzvümüz 30 AZN məbləğində cashback topladıqdan sonra, balansında aktivləşəcək. Nəticədə siz 30 AZN əvəzinə 50 AZN əldə etmiş olacaqsınız.

Qeyd: 30 AZN cashback təsdiqlənmiş tranzaksiya nəticəsində aktiv statusu almış məbləğə aid edilir.

Kəşbək hesablanmayıb, nə etmək lazımdır?

İlk olaraq, nə üçün hesablanmadığını izah edən əməliyyatların siyahısı ilə tanış olmağınız lazımdır. Əgər bu problemlərin heç birinin sizə aidiyyatı yoxdursa, Bonaz hesabınıza daxil olaraq, MÜRACİƏT bölməsindən sifarişiniz haqqında məlumatları daxil edərək, bizə göndərin.

Müraciət formu vasitəsilə daxil olmuş tranzaksiyalar haqqında məlumatlar, aidiyyatı olan mağazaya göndərilir və hər ayın üzləşməsi zamanı digər tranzaksiyalar ilə bir yerdə işlənilərək, mağaza tərəfindən ya təsdiq, ya da təkzib edilir.

Ödədiyim məbləğ, hesablanmış məbləğdən çoxdur.

Türkiyə saytlarından sifariş zamanı kəşbəkin hesablandığı məbləğ, sizin ödədiyiniz məbləğdən az olur. Buna səbəb Türkiyə qanunvericiliyi əsasında, ödənilmiş məbləğdən ƏDV (KDV - əlavə dəyər vergisi) çıxıldıqdan sonra, yerdə qalan məbləğ əsas olaraq götürülür və kəşbək bu rəqəm əsasında hesablanır. 

Məsələn; Siz ödəmisiniz 100 TRY, Bonaz-da isə bu ödəniş 92 TRY kimi göstərilirsə, 8 TRY burada əlavə dəyər vergisi olaraq çıxılıb. 

Qeyd edək ki, digər ölkələrdən olan mağazalarda bu növ qayda hələ mövcud deyil.

20 AZN bonus nə vaxt aktivləşəcək?

Siz 30 AZN-lik kəşbək topladıqda və bu məbləğ təsdiqlənərək aktivləşdikdən sonra, 20 AZN -də aktivləşir və siz toplamda 50 AZN kəşbək əldə etmiş olursunuz.

20 AZN-lik məbləğin aktivləşməsi üçün 30 AZN-nin dolmasını gözləmək lazım deyil. Kəşbəkləriniz aktivləşdikcə, onları nağdlaşdıra bilərsiniz. Sistem özü limit 30 AZN-ə çatdıqda, 20 AZN-i aktivləşdirəcək.

ABŞ mağazaları üçün VPN nədir?

VPN (Virtual private Network) — iki kompüter arasında məlumatları virtual tunnel vasitəsi ilə şifrləyərək ötürən əlaqə vasitəsidir. VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Bizim halımızda VPN  istifadəçinin Azərbaycandan deyil, ABŞ ərazisindən Amerikan mağazalarına girdiyini göstərmək üçündür. Buna səbəb isə, bir çox mağazalarda kəşbəkin yalnız ABŞ ərazisindən daxil olmuş sifarişlərə görə hesablanmasıdır. Digər hallarda kəşbək hesablanmır.

VPN həm pulsuz, həm də aylıq ödəniş əsasında olur. Bir çox VPN proqramları pulsuz istifadə müddəti də təqdim edirlər. Qeyd olunmuş keçiddən istifadə edərək, 10 ən yaxşı ilkin ödənişsiz VPN proqramı ilə tanış ola bilərsiniz - https://bit.ly/3gFZJ1r

ABŞ mağazasından sifariş etdim, lakin hesabımda göstərmir.

ABŞ mağazalarından sifariş etdiyinizdə, heç bir problem olmazsa etdiyiniz sifariş dərhal deyil, 3-7 gün ərzində göstəriləcək. Buna səbəb həm vaxt fərqi, həm də ABŞ mağazalarında təsdiqin bir neçə gün sonra edilməsidir. Bu müddət ərzində məbləğ qeydə alınmazsa, bizə müraciət edin.

Kəşbək nə üçün ləğv edilib?

Kəşbəkin ləğv edilmə səbəbləri müxtəlifdir:

  • Tranzaksiya texniki xətadan dolayı qeydə alınmayıb.
  • Bon.az-dan keçid etdikdən sonra, başqa saytdan kupon kodu istifadə edilərsə.
  • Sifariş zamanı yaranmış xəta və s.

Vacib qeyd: Bütün hallarda yekun qərar mağazaya aid olduğundan, bəzi hallarda mağazalar heç bir əsaslı səbəb göstərmədən kəşbəkin hesablanmasından imtina edə bilər.

 

Alışdan nə qədər kəşbək ala bilərəm?

Hər mağazanın öz səhifəsində göstərilmiş kəşbək faiz aralıqları mövcuddur. Kəşbək faizi ya saytdakı bütün məhsul və ya xidmətlərə bir rəqəm ilə və yaxud kateqoriyasına görə dəyişə bilər.

Kəşbək məbləğini hesablamaq üçün, Mağazalar bölməsindən lazım olan mağazanı seçərək, ətraflı məlumat əldə etmək olar.