Sual-Cavab

Bon.az necə işləməsi ilə bağlı suallarınıza bütün cavabları tapa bilərsiniz. Mütəmadi olaraq yeni yaranacaq sual və onlara cavabları da əlavə edəcəyik.

  • Cashback (cash – nağd pul, back – geri, qaytarılma) – alış-veriş üçün ödənilmiş məbləğin bir hissəsinin satıcı tərəfindən alıcıya qaytarılmasıdır. 
  • Necə işləyir?
  • Onlayn mağazadan istədiyiniz məhsul və ya xidməti alırsınız, “Bon.az” cashback xidməti isə ödədiyiniz məbləğdən 70%-ə qədərini (mağaza, məhsul və xidmətdən asılı olaraq), sizin şəxsi balansınıza yatırır.
  • Cashback-in uğurla hesablanması üçün:
  • 1. «Bon.az» saytında qeydiyyatdan keçərək, mağazaya sayt üzərindən keçmək.
  • 2. Cashback alınması ilə bağlı bizim tövsiyyələr ilə tanış olmaq.
  • 3. Mağazanı seçərək, cashback şərtləri ilə tanış olduqdan sonra, aktivləşdirmək.
  • 4. Məhsul və ya xidmətə görə ödənişi edərək, almaq.
  • Alışdan nə qədər vəsaiti geri ala bilərəm?
  • Hər mağazanın öz səhifəsində göstərilmiş cashback faiz aralıqları mövcuddur. Cashback faizi ya saytdakı bütün məhsul və ya xidmətlərə bir rəqəm ilə, və yaxud kateqoriyasına görə dəyişə bilər.
  •  
  • Cashback məbləğini hesablamaq üçün, lazım olan mağazanı taparaq, ətraflı düyməsinə basaraq, öyrənmək olar.

  • Cashback təsdiqi onlayn mağazanın sifarişçiyə göndərdiyi məhsulin sifarişçi tərəfindən alınması təsdiq olunduqdan sonra, həyata keçirilir. Bon.az cashback xidməti, ödəmənin təsdiqinin sürətləndirilməsinə təsdir edə bilməz.
  • Aliexpress kimi onlayn mağazalarda cashback-in sürətləndirilməsi üçün, öz hesabınıza daxil olaraq, sifariş etdiyiniz məhsulun alınmasını təsdiq etməlisiniz.
  • Aviabilet və hotel tipli xidmətlərdən verilən cashback, həmin xidmətlərdən istifadə edib bitirdikdən sonra, aktivləşdirilir. Yəni, hoteldən check-out etdikdən sonra, cashback prosesi aktivləşdirilir.
  • Sifarişin alınması tarixi + Mağazanın səhifəsində qeyd olunmuş cashback-in verilməsi üçün orta müddət.
  • Cashback təsdiqinə aşağıdakı faktorlar da təsir edir:
  • Sifarişin çatdırılma müddəti. Cashback yalnız sifariş edilmiş məhsulun çatdırılmasının təsdiqindən sonra hesablanır.
  • Mübahisənin açılması, ödənilmiş məbləğin bir hissəsinin geri qaytarılması. Sifariş məbləöinin yenidən hesablanması, cashback təsdiqinin vaxtına təsir edə bilər.
  • Müəyyən kateqoriyalı məhsullara görə zəmanət müddəti.  Geri qaytarılması mümkün olmayan məhsullara aiddir. Bu növ məhsullar üçün cashback hesablanmasının vaxtı, qısaldılmışdır.
  • Sezon alış-verişi və yüksək alıcı axını olan dövrlərdə  internet mağazaların üzərinə düşən yük daha ağır olduğundan, cashback-in hesablanması və təsdiqi daha çox zaman ala bilər.
  •  

  • Cashback-in nağdlaşdırılması üçün bir neçə metod mövcuddur. 
  • - Portmanat.az - onlayn cüzdanına
  • - Mobil nömrə balansı - Azercell, Bakcell və Nar mobile nömrələrinə (tezliklə)
  • - Webmoney WMZ (tezliklə)
  • və digər.

    Qeyd olunmuş metodlar üzrə minimum çıxarış imkanı və komissiyalar tezliklə əlavə olunacaq.
    Ən son yenilənmə 9 Noyabr, 2019

  • Cashback-inizin hesablanmaması ilə üzləşmisinizsə, aşağıdakı səbəblərdən birindən dolayı olması mümkündür:
  • - Qeyd olunmuş mağazada cashback hesablanmayan məhsul seçilmişdir.
  • - Sifariş olunmuş məhsul, cashback aktivləşdirilmədən öncə səbətə atılmışdır.
  • - Cashback aktivləşdirilməsindən 6 saat keçmişdir.
  • - Sifariş fərqli cihazlardan həyata keçirilmişdir. Məsələn, məhsul kompyuter brauzerindən səbətə atılmış, sifariş isə mobil telefon üzərindən edilmişdir, və ya əksinə.
  • - Sifariş zamanı, digər xidmətlərin reklam bannerləri və ya partnyor keçidindən istifadə edilmişdir.
  • - Sifariş pəncərəsi, ödəmə edilməmişdən öncə bağlanmışdır.
  • - Antivirus proqramları və ya reklam keçidlərini bloklayan xüsusi proqramlar quraşdırılmışdır.
  • - Reklam keçidlərini, cookie və digər prosesləri bloklayan brauzer (TOR, Brave və s.) üzərindən sifariş olunarsa.
  • - Digər cashback xidmətlərin brauzer əlavələri / mobil tətbiqləri istifadə olunarsa. Sifariş mağazanın mobil tətbiqi üzərindən olunarsa, cashback hesablanmayacaq (istisna - Aliexpress mobil tətbiqi)
  • - Cashback-ə aid olmayan digər brauzer əlavələri də, arxa fonda sizin keçidləri oğurlaya bilərlər. Buna görə də, cashback-li alış-veriş zamanı digər brauzer əlavələrini deaktivasiya etmək məsləhətdir.
  • - Sifarişin işlənməsi və ya ödəniş zamanı, internet əlaqəsində problemlərin yaranması.
  • - Aliexpress mağazasında Nigeriya və Çin İP-si istifadə olunan proksi servis istifadə olunduqda, cashback hesablanmır.
  • - Rutlanmış (root) cihaz istifadə olunduqda.
  • - Sifariş hüquqi şəxs tərəfindən həyata keçirilərsə.
  • - Alış etdiyiniz onlayn mağazadakı hesabınız bloklanarsa, Bon.az üzərindən də cashback hesablanması mümkün olmayacaq.

  • Yuxarıda qeyd olunmuş hallardan heç biri, sizin üzləşdiyiniz problemə uyğun gəlmirsə, Facebook messenger üzərindən bizə müraciət etməyinizi xahiş edirik. 
  • Hər bir mağazanın cashback hesablanmayan məhsul kateqoriyası və ya xidmətləri mövcuddur. Buna görə də, mağaza səhifəsində bu məlumatlar haqqda daha ətraflı öyrənməyiniz lazımdır.
  • Bizim məsləhətlərə qulaq asın və Bon.az istifadəsi ilə alış-verişinizdən hər zaman cashback qazanın.
  •  

  • Bon.az -ın dostunu gətir proqramı vasitəsilə Cashback qazanmaları üçün bizim saytı tövsiyyə edərək, dəvət ediyiniz dostlarınızın əldə etdikləri cashback-in 10%-i daim sizin balansınıza əlavə olunacaq. Dostunu dəvət et proqramından yararlanmaq üçün, şəxsi hesabınızdakı Referral bölümündəki, xüsusi keçidi dostlarınız ilə paylaşmağınız lazımdır.

Topladığınız bütün bilet kodları, yalnız qalib olduğunuz halda istifadə olunmuş sayılır. Yəni biletiniz birinci mərhələdə hədiyyə udubsa, ikinci mərhələyə həmin kod keçmir. Udmayan biletlər isə avtomatik olaraq ikinci mərhələyə keçmiş sayılır.

Bon.az saytında qeydiyyatdan keçmiş bütün istifadəçilərin hesablarına 20 AZN bonus məbləği əlavə olunacaq. Bu məbləğ Gözləmə statusuna sahibdir və üzvümüz 50 AZN məbləğində cashback topladıqdan sonra, balansında aktivləşəcək.