- Kateqoriya
- Tarix
25-01-2020 11:01
Son günlərdə Çin-dən yayılmağa başlamış və şərti adı Koronavirus olan yeni qrip virusu, Çindən onlayn alış-veriş edən şəxslərin öz sifarişlərini ləğv etməsinə gətirib çıxarıb. Çinin Aliexpress, Banggood, Gearbest və digər onlayn mağazalarından cashback (kəşbək) qazanmağa yardım edən, xidmət olaraq qərara gəldik ki, yeni virus haqqında bilməli olduğunuz məlumatları bir yerə toplayaraq, sifarişləriniz ilə bağlı nə etməli olduğunuza bir az aydınlıq gətirək.
İlk olaraq ondan başlamaq lazımdır ki, yeni virus Çinin, Hubei əyalətinin Vuhan (Wuhan) şəhərindən yayılmağa başlamışdır. Vuhan şəhəri Çinin ən böyük şəhərlərindən biridir və əhalisinin sayı 11 milyondan çoxdur. Yeni virus məhz bu şəhərin Balıq bazarı adlandırılan, əslində isə Balıq ilə yanaşı digər heyvan növləri də satılan bir yerindən yayılmağa başlayıb. Artıq virusun heyvan mənşəli olduğu bilinir, lakin mənfi tərəfi odur ki, insandan insana da keçir. Misal üçün quş qripinə yoluxma, yalnız quş ilə insanın kontaktından keçirdisə, insandan insana keçməsi olmayıb. Bu mənada mövcud virus daha sürətlə yayıla bilər. Yaxşı xəbər isə odur ki, Çin həkimləri dekabrda yaranmış virusun genomunu artıq aça biliblər (yəni simptomları, yayılma yolları və s.) və bu məlumatları bütün dünya alimlərinə açıq ediblər ki, tezliklə dərmanı tapılsın.
Digər məsələ ondan ibarətdir ki, Çin hökuməti Vuhan şəhərinə giriş və çıxışları bağlayaraq, hər yeri dezinfeksiya edir. Virusa yoluxmuş şəxslər isə xüsusi karantinə alınırlar. Buna baxmayaraq artıq ABŞ, Avropa, Avstraliya və digər Asiya ölkələrində də koronavirus-a yoluxmuş şəxslər qeydə alınıblar. Virus özü-özlüyündə adi qızdırmadanın simptomlarından demək olar ki, fərqlənmir; yüksək hərarət, öskürmə, nəfəs çatışmamazlığı. Lakin, virusdan artıq ölüm hadisələri də qeydə alındığından bu məqama diqqət yetirmək lazımdır.
Bəs Aliexpress-dən sifariş edilmiş bağlamalar necə olsun?
Bizə görə Dekabr ayından əvvəl sifariş edilmiş bağlamalar ilə problemlər olmamalıdır. Yuxarıda qeyd edildiyi kimi virus dekabrın ortalarından yayılmağa başlayıb və buna görə də bundan əvvəlki tarixlərdə göndərilmiş, lakin gecikən bağlamalar ilə problem olmamalıdır. Məsləhətimiz isə virusun dərmanı tapılmayanadək, vacib deyilsə Çindən məhsul sifariş etməyəsiniz. Onsuz da, artıq Çin Yeni ili başlayıb və bu dövrdə mağazaların əksəriyyəti demək olar ki, işləmirlər. Nəticədə edəcəyiniz bütün sifarişlər də böyük ehtimal gecikəcək.
Əgər sifarişiniz artıq yoldadırsa, o zaman bağlamanı əldə etdikdən sonra spirt ilə dezinfeksiya etməyiniz məsləhətdir. Məsələn, Rusiyanın poçt daşımaları qurumu fövqəladə hal ilə əlaqədar olaraq, Çindən gələn bağlamalar ilə işləyən işçilərinə respiratorlar, əlcəklər ilə işləməyi təmin etmiş, bütün bağlamaları spirtlə dezinfeksiya edirlər.
Digər məqamı da qeyd etməyimiz lazımdır; - bəs biz burda virusa qarşı nə edə bilərik? Təəssüf ki, heç nə. Yuxarıda qeyd edildiyi kimi, virus artıq digər ölkə və materiklərdə də yayılıb. Ən əsası isə Çin yeni ilində milyonlarla çinli turist dünyanı gəzməyə çıxacaq və bu zaman virusun yayılma arealı daha da genişlənə bilər. 🤷♂️
Bizə görə, tezliklə virusun dərmanı tapılaraq, yayılmasının qarşısı alınacaq. O zamanadək isə ballı, limonlu, isti çay içib, immunitetinizi gücləndirmək üçün idman ilə məşğul olmağınızı tövsiyyə edərdik. Onlayn alış-veriş üçün isə digər ölkələrdən olan mağazalardan yararlanmağınız məsləhətdir. Bon.az olaraq tezliklə həm mağaza sayımızda, həm də ölkə əhatəmiz daha da genişlənməsi üzrə işləyirik. Bon.az ilə alış-veriş edin, həm cashback qazanın, həm də sağlam qalın.